16 fevral 2025-ci il tarixində keçirilmiş magistraturaya qəbul imtahanında istifadə olunan test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) ödənişsiz olaraq keçidlərdən (Azərbaycan bölməsi, rus bölməsi) yükləmək mümkündür.
Xatırladaq ki, imtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.