• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      Magistraturaya sənəd qəbulu elan edilir

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti
      14.01.2026 09:47

      İmtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. Bakalavr 2026-cı il yanvarın 14-dən 26-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (“Şəxsi kabinet”i olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir.

      Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə ərizə qəbulu müddətində Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://eservices.dim.gov.az/erizemag/erize) daxil olub, “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.

      Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrini bitirən bakalavrlar, eləcə də xarici ölkələrdə ali təhsil almış və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən tanınan bakalavrlar qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu müddətində Mərkəzin rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni doldurur və təsdiq edirlər.

      Magistraturaya qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.

      Qəbul imtahanının (I cəhd) 2026-cı il fevralın 15-də keçirilməsi nəzərdə tutulur.

      İmtahanda bakalavrlara Məntiqi təfəkkürün yoxlanılması üçün 50 (o cümlədən açıq tipli 5), İnformatika üzrə 25 (o cümlədən açıq tipli 5) test tapşırığı, Xarici dil üzrə isə 20 (o cümlədən açıq tipli 2) test tapşırığı və yazı işi (esse) yerinə yetirmək üçün mövzu təqdim olunacaqdır.

      İmtahan nəticələri hesablanarkən bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir, esse maksimum 5 balla qiymətləndirilir. Beləliklə, imtahanda əldə oluna bilən maksimal nəticə 100 baldır.

      Qəbul imtahanında test tapşırıqlarının cavablandırılmasına 3 saat, yazı işini (esseni) yerinə yetirmək üçün isə 30 dəqiqə, cəmi 3 saat 30 dəqiqə vaxt ayrılır. 3 saat bitdikdən sonra bakalavrlardan cavab kartları yığılır və onlara yazı işini yazmaq üçün xüsusi esse vərəqləri paylanılır. Qeyd edək ki, tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmaları seçmək üçün yazı işi (esse) tapşırığı üzrə nəticə 2 baldan  az olmamalıdır. Tədrisi Azərbaycan və ya rus  dilində olan ixtisaslaşmaları seçmək üçün yazı işi (esse) tapşırığı üzrə nəticəyə bal məhdudiyyəti qoyulmur.

      Müsabiqə şərtləri və qəbul elanının tam mətni «Magistr» jurnalının 2-ci sayında dərc olunub. Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür.


      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 2, 33
      © 2026 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram