Azərbaycan Milli Konservatoriyasının, Bakı Musiqi Akademiyasının, Bülbül adına orta ixtisas təhsili müəssisəsinin müəllimlərindən və DİM əməkdaşlarından ibarət olan işçi qrupu DİM-in musiqi sənəti üzrə ilk metodiki vəsaitinin hazırlanması ilə bağlı müzakirə aparıb.
İşçi qrup hazırlanacaq vəsaitin mövzularını, mövzuların abituriyentlərə daha aydın şəkildə təqdimatını müzakirə edib.
Vəsaitin növbəti tədris ilindən başlayaraq abituriyentlərə təqdim olunması gözlənilir. Musiqi sənəti üzrə vəsaitin hazırlanmasında qərb ölkələrinin musiqi nəzəriyyəsinin tədrisi üzrə təcrübələrindən də istifadə ediləcək.