• Llinkedin
  • Facebook
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      Mədəniyyət Nazirliyi nəzdində incəsənət məktəb və mərkəzlərinə işə qəbul üzrə müsabiqənin test mərhələsindən uğurla keçən namizədlərin nəzərinə!

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti
      11.09.2026 15:15

      Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavini, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə isə müəllim vəzifələri üzrə müsabiqənin test mərhələsindən uğurla keçmiş namizədlər müvafiq qaydalara uyğun olaraq müsahibə mərhələsində iştirak etməlidirlər.

      Direktor və direktor müavini vəzifələri üzrə müsahibədə ali ixtisas təhsilli,  müəllim vəzifələri üzrə müsahibədə isə orta ixtisas və ya ali təhsilin müvafiq ixtisaslarını bitirmiş Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Direktor vəzifəsinə iddia edən namizədlər 5 ildən az olmayaraq, direktor müavini vəzifəsinə iddia edən namizədlər isə 3 ildən az olmayaraq ümumi pedaqoji iş stajına malik olmalıdırlar.

      Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 31.07.2026-cı il tarixli 3-24/3-1-f-164/2026 nömrəli əmri ilə təsdiq edilmiş incəsənət (musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq və s.) məktəb və mərkəzlərinə direktorların və direktor müavinlərinin, müəllimlərin işə qəbulunun ümumi qaydaları, müvafiq vakansiya üzrə müsahibədə iştirak etmək üçün keçid balı ilə namizədlər göstərilən keçidlərə daxil olmaqla tanış ola bilərlər.

      Müsahibədə iştirak etmək üçün namizədlərin qeydiyyatı 11 sentyabr 2026-cı il tarixindən 25 sentyabr 2026-cı il saat 23:59-dək Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytı vasitəsilə aparılacaq. Müsahibələrin 2026-cı il ilin oktyabr ayından etibarən keçirilməsi nəzərdə tutulur.

      Namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərindən istifadə etməklə müvafiq onlayn qeydiyyat xidməti vasitəsilə müsahibəyə müraciət etməlidirlər. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat https://epayment.dim.gov.az/ saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra qeydiyyatdan keçmək lazımdır. 

      Müsahibənin keçirildiyi vaxt və yer barədə namizədlər müsahibənin keçirilməsinə azı 5 (beş) gün qalmış qeydiyyatdan keçdikləri səhifədən məlumat ala biləcəklər.  

      Namizədin bilik səviyyəsi və bacarıqları müvafiq müsahibə proqramı əsasında balla qiymətləndirilir. Namizədlər müvafiq keçidlərə daxil olmaqla müsahibə proqramları (müəllimlər üçün, direktor və direktor müavinləri üçün) ilə ətraflı tanış ola bilərlər.

      Direktor və direktor müavini vəzifələri üzrə müsahibədə 16 və daha çox bal toplayan, müəllim vəzifələri üzrə müsahibədə isə 32 və daha çox bal toplamış namizəd müvəffəqiyyət qazanmış hesab edilir. Namizədin ümumilikdə müsabiqə üzrə yekun nəticəsi test və müsahibə mərhələlərinin əsasında müəyyən edilir.

      Namizəd ərizəsində göstərdiyi məlumatların və təqdim etdiyi sənədlərin doğruluğuna görə məsuliyyət daşıyır. Müsabiqənin istənilən mərhələsində məlumatların düzgün olmadığı, qəsdən təhrif edildiyi, saxta sənəd təqdim olunduğu və ya namizədin tələblərə cavab vermədiyi aşkar edilərsə onun nəticəsi ləğv edilir.


      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 2, 33
      © 2026 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Instagram
      • YouTube
      • Telegram