• Llinkedin
  • Facebook
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      Mədəniyyət Nazirliyi sistemində incəsənət məktəb və mərkəzlərinə işə qəbul üzrə test imtahanı keçiriləcək

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti
      06.08.2026 10:05

      Dövlət İmtahan Mərkəzi avqustun 8-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavini, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə müəllim vəzifələri üzrə işə qəbul imtahanı keçirəcək.

      İmtahan iki növbədə təşkil olunur və saat 10:00-da və 16:00-da başlanır. Müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra binaya gələn namizədlər imtahana buraxılmırlar. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

      İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.  “İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, yer, bina, zal, başlanma vaxtı və namizədin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub. İştirakçılar “Yaddaş kitabçası” ilə buradan tanış ola bilərlər.

      Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

      • şəxsiyyəti təsdiq edən sənədin əsli;
      • “İmtahana buraxılış vərəqəsi".

      İmtahan müddәti direktor vә direktor müavinlәrinin işә qәbulu imtahanında 3 saat, müәllimlәrin işә qәbulu imtahanında isә 2 saatdır.

      Direktor və direktor müavinlərinin işə qəbulu imtahanında namizədlərin fəaliyyət istiqaməti üzrə normativ hüquqi aktlar, pedaqogika və pedaqoji psixologiya, məntiqi düşünmə və ümumi dünyagörüşü səviyyələri yoxlanılır. Namizədlərə müvafiq normativ hüquqi aktlar üzrə 50, pedaqogika və pedaqoji psixologiya üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 15 və ümumi dünyagörüşü üzrə 20 qapalı tipli tapşırığı təqdim olunur (ümumilikdə 100 qapalı tipli tapşırıq).

      Müəllimlərin işə qəbulu imtahanında namizədlərin müvafiq sahə üzrə (“Musiqi”, “Təsviri sənət”, “Xoreoqrafiya”) ixtisas bilikləri, pedaqogika və pedaqoji psixologiya, məntiqi təfəkkür və ümumi dünyagörüşü səviyyələri yoxlanılır. Musiqi istiqamətində ixtisas bilikləri üzrə tapşırıqlar namizədlərin ixtisaslarından asılı olaraq “Milli musiqi” və “Klassik musiqi” istiqamətində təqdim olunur. Namizədlərə ixtisas bilikləri üzrə 40, pedaqogika və pedaqoji psixologiya üzrə 10, məntiqi təfəkkürün yoxlanılması üzrə 10 və ümumi dünyagörüşü üzrə 10 qapalı tipli tapşırıq təqdim olunur (ümumilikdə 70 qapalı tipli tapşırıq).

      Hər test tapşırığı üzrə doğru cavab 1 balla qiymətləndirilir. Nəticələr hesablandıqda səhv cavablar ümumi nəticəyə təsir göstərmir.

      İmtahan kompüterlər vasitəsilə Bakıda DİM-in elektron imtahanlar korpusunda və Naxçıvanda 4 saylı tam orta məktəbdə təşkil olunacaq. İmtahanda iştirak etmək üçün 1350 namizəd (121 nəfər direktor, direktor müavini, 1229 nəfər isə müəllim vəzifəsinə işə qəbul) qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 15 zal administratoru, 89 nəzarətçi‑müəllim, 14 buraxılış rejimi əməkdaşı ayrılıb.

      İmtahanda 5 nəfər fiziki məhdudiyyətli (görmə məhdudiyyətli) namizəd də iştirak edəcək. Bu namizədlərin rahat şəkildə imtahan verməsi üçün zalda müvafiq şərait yaradılıb, tapşırıqların oxunması, cavab kartının doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib.


      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 2, 33
      © 2026 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Instagram
      • YouTube
      • Telegram