28, 29 və 30 iyul 2026-cı il tarixlərində memarlıq ixtisasının rəsm fənnindən keçirilmiş qabiliyyət imtahanının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün apellyasiya komissiyası təşkil ediləcək.
Apellyasiya komissiyası 31 iyul 2026-cı il tarixində saat 09:00-dan 13:00-dək Azərbaycan Memarlıq və İnşaat Universitetində fəaliyyət göstərəcək.
Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər şəxsiyyət vəsiqəsinin əsli və imtahana buraxılış vərəqəsi ilə birlikdə şəxsən binaya yaxınlaşıb, ərizə yazmalıdırlar.