Dövlət İmtahan Mərkəzinin ingilis dilinin qiymətləndirilməsini təkmilləşdirilməsi istiqamətində ABŞ-ın Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıq çərçivəsində Səfirliyin “English Langauge Specialist (ELS)” proqramının bir hissəsi kimi “Müəllimlər üçün intensiv peşəkar inkişaf təlimi və konsultasiya” adlı üç mərhələli ELS layihəsinin ikinci mərhələsi 30 sentyabr – 11 oktyabr tarixlərində həyata keçirilmişdir.
Layihə çərçivəsində 30 sentyabr- 10 oktyabr tarixlərində Bakı şəhərində DİM əməkdaşları və ekspertləri, həmçinin Mərkəzlə əməkdaşlıq edən ingilis dili müəllimləri təlimə cəlb edilmişdir və ingilis dili bacarıqlarının qiymətləndirilməsinə dair intensiv təlimdə iştirak etmişlər.
Layihənin II mərhələsi 11 oktyabr tarixində DİM-nin Gəncə regional bölməsində Mərkəzlə əməkdaşlıq edən ingilis dili müəllimləri üçün buraxılış və qəbul imtahanlarında ingilis dilinin qiymətləndirilməsinə dair bir günlük təlimlə başa çatmışdır. Təlimə Gəncə və ətraf regionlardan ingilis dili müəllimləri cəlb edilmiş, müəllimlər ilə xarici dil üzrə qrammatika, lüğət ehtiyatı, oxu və dinləmə bacarıqlarının qiymətləndirilməsinin CEFR-ə (Ümumi Avropa Dil Çərçivəsi standartları) uyğunlaşdırılması ilə bağlı məsələlər müzakirə edilmiş, praktik tapşırıqlar yerinə yetirilmiş və xarici dilin qeyd olunan sahələri üzrə bilik və bacarıqların qiymətləndirilməsi üçün nümunə suallar hazırlanmışdır.
Təlimlər ingilis dili üzrə mütəxəssis Natan Kar tərəfindən aparılmışdır.
Təlimləri keçən ekspert haqqında məlumat: Ph.D Natan Kar “ingilis dili xarici dil kimi” sahəsində (EFL) müəllimlərin peşəkar inkişafı təlimlərini həyata keçirən təhsili qiymətləndirilməsi ilə məşğul olan ingilis dilinin əcnəbilər üçün tədrisi (TESOL) üzrə təcrübəli ekspertdir. İngilis dilinin tədrisi və qiymətləndirilməsi ilə bağlı çap olunmuş işlərindən əlavə, ekspert Qazaxıstan, Vyetnam, İndoneziya və Tayvan kimi bir sıra ölkələrin ali təhsil müəssisələrində müəllimlərin peşəkar inkişafı ilə bağlı təlimlər və seminarlar həyata keçirib.