2022-ci il 28 sentyabr tarixində Dövlət İmtahan Mərkəzinin Psixoloji qiymətləndirmə və diaqnostika şöbəsinin Psixoloji iş və maarifləndirmə sektorunun müdiri Xavər Dadaşova tərəfindən “Münaqişələrin idarə olunması” mövzusunda təlim təşkil edilib. Təlimdə Baş Prokurorluğun 12 əməkdaşı iştirak edib.
Təlim zamanı münaqişə anlayışı, növləri, münaqişəyə səbəb olan amillər, davranış strategiyaları və qarşı tərəfin emosional davranışına konstruktiv reaksiya barədə təlim iştirakçılarına məlumat verilib. Münaqişəli vəziyyətləri qiymətləndirmək və konstruktiv həll yollarını müəyyən etmək kimi bacarıqların formalaşdırılması məqsədilə iştirakçılar fərdi və qrup şəklində münaqişəli vəziyyətlərin təsvir olduğu keyslər üzərində işləyiblər. Təlimin sonunda iştirakçıların keyslərə aid sualları cavablandırılıb, davranış strategiyaları və həll yolları müzakirə olunub.
Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcəkdir.
Təlimlərdə iştirak etmək istəyən şəxslər r.cahangirbayli@dim.gov.az elektron poçt ünvanına yaza və ya (012) 310 53 16 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.