Seminarda bu istiqamətlər üzrə müəllimlik ixtisası ilə bağlı müzakirələr yer alıb. İclasda Azərbaycan Dövlət Pedaqoji Universiteti və Dövlət İmtahan Mərkəzinin müvafiq struktur bölmələrinin əməkdaşları ilə yanaşı DİM-in regional bölmələrindən onlayn bağlantı yaradılaraq Naxçıvan Dövlət Universitetinin, Gəncə Dövlət Universitetinin nümayəndələri də iştirak ediblər.
Görüşdə 2023-2024-cü tədris ili üçün keçirilmiş qabiliyyət imtahanlarının nəticələrinin müzakirəsi aparılıb. Həmçinin musiqi müəllimliyi ixtisası üzrə imtahan fənlərinin hansı formada keçirilməsi ilə bağlı təkliflər səsləndirilib və bununla bağlı regional bölmələrdən onlayn qoşulmuş ali məktəb müəllimləri də müzakirələrdə iştirak edib.
Seminarda təsviri incəsənət müəllimliyi ixtisasının rəsm fənni üzrə də qabiliyyət imtahanı proqramı, qiymətləndirmə meyarları müzakirə olunub.