29 oktyabr 2025-ci il tarixində xüsusi qabiliyyət imtahanlarının Musiqi sənəti istiqaməti üzrə seminar keçirilib. Seminarda Dövlət İmtahan Mərkəzinin müvafiq struktur bölmələrinin əməkdaşları və Azərbaycan Milli Konservatoriyasının rektoru, müvafiq ixtisaslar üzrə kafedra rəhbərləri və müəllim heyəti iştirak ediblər. Seminarda növbəti il üçün keçiriləcək qabiliyyət imtahanlarının qəbul şərtləri və qaydaları, eləcə də qiymətləndirmə meyarları və forması ilə bağlı təkliflər müzakirə olunub. 2026/2027-ci tədris ili üçün keçiriləcək qabiliyyət imtahanlarının qəbul şərtləri, ixtisaslar üzrə proqramlar, qiymətləndirmə meyarları və metodiki tövsiyələrlə “Abituriyent” jurnalının xüsusi buraxılışında tanış ola biləcəksiniz.