Musiqi sənəti istiqaməti üzrə ümumi orta təhsil səviyyəsinin 221 (İnstrumental ifaçılıq), 223 (Vokal sənəti), 227 (Aşıq sənəti) və 228-ci (populyar musiqi və caz ifaçılığı ) qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçən abituriyentlər 18 iyul tarixindən etibarən buraxılış vərəqələrini buradan çap edə bilərlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, yer və saat göstərilir.
Abituriyentlər imtahana gələrkən aşağıdakı sənədləri özləri ilə gətirməlidirlər:
- Şəxsiyyəti təsdiq edən sənədin əsli;
- Qabiliyyət imtahanına buraxılış vərəqəsi;
- Proqram forması.
Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz.
Qeyd: Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə ediləcək.