32 və 33-cü komissiyalar üzrə qabiliyyət imtahanı verən abituriyentlər “İmtahana buraxılış vərəqəsi”çap edə bilərlər. İmtahanlar Bakı, Gəncə və Naxçıvan şəhərlərində 18 iyul tarixində keçiriləcək.
“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal və başlanma vaxtı qeyd olunub.
Abituriyentlər imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əsli,imtahana buraxılış vərəqəsini və proqram formasını özləri ilə gətirməlidirlər.
Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2025-ci ildə nəşr olunan xüsusi buraxılışlarında verilib.
Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz.
Qeyd: Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə ediləcək.