2024/2025-ci tədris ili üçün Musiqi sənəti istiqamətinə aid 71, 72, 73, 74, 75, 95 və 96-cı komissiyalar üzrə keçiriləcək qabiliyyət imtahanları Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq.
Naxçıvan şəhərində təşkil ediləcək qabiliyyət imtahanlarında məktəbi orada bitirən cari ilin məzunları, həmçinin faktiki yaşayış yeri Naxçıvan olan abituriyentlər iştirak edəcəklər.
Göstərilən komissiyalar üzrə qeydiyyatdan keçmiş digər abituriyentlər isə Bakı şəhərində təşkil ediləcək qabiliyyət imtahanlarında iştirak edəcəklər. Bu qayda yalnız 71, 72, 73, 74, 75, 95 və 96-cı komissiyaları üzrə keçiriləcək qabiliyyət imtahanlarına aiddir.