Qəbul aparılan ixtisasların siyahısı, qəbul planı, qəbul qaydaları və s. məlumatlarla elanın tam mətnində (Azərbaycan dilində, rus dilində) tanış ola bilərsiniz.
M.V.Lomonosov adına MDU-nun Bakı filialının magistratura səviyyəsinə qəbul olunmaq haqqında ərizə qəbulu 18 may – 22 iyun (saat 12:00-dək) 2026-cı il tarixlərində elektron qaydada aparılır.
Ərizə Filialın msu.az saytında və yaxud Mərkəzin dim.gov.az saytında verilən keçid vasitəsilə doldurula bilər.
Daha ətraflı məlumat əldə etmək üçün pk@msu.az elektron poçt ünvanına yaza və ya göstərilən telefon nömrələrinə zəng edə bilərsiniz.
Əlaqə nömrələri: (+994 12) 593 93 19, (+994 10) 215 75 15 (mob.)