“Açıq qapı” günü abituriyentlər:
- 2024/2025-ci tədris ili üçün MDU-nun filialına qəbulun şərtləri və qaydaları ilə tanış olacaq;
- filialın filologiya, tətbiqi-riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavr və magistr səviyyələrində tədrislə bağlı hərtərəfli məlumat alacaq;
- qəbul imtahanlarına hazırlaşmaq üçün lazım olan materialları əldə edə biləcəklər.
Abituriyentlər üçün filialın fakültələrini təmsil edən moskvalı professor-müəllim heyəti ilə görüş də təşkil ediləcək.
“Açıq qapı” günü 27 aprel 2024-cü il tarixində saat 14:00-da başlanacaq.
Ünvan: Bakı şəhəri, H.Cavid prospekti, 133 ("Elmlər Akademiyası" metrostansiyasının yaxınlığı).
Tədbir bitdikdən sonra (saat 15:30) universitetinin kampusuna ekskursiya təşkil ediləcək.
Əlaqə telefonu: (012) 598 93 32