DİM pandemiya şəraitində SAT imtahanlarının ölkə ərazisində keçirilməsinə icazəsi olan yeganə SAT Test Mərkəzidir
Dövlət İmtahan Mərkəzində (DİM) 7 noyabr 2020-ci ildə SAT Subject imtahanı keçirilib.
İmtahan DİM-in Mikayıl Müşfiq küçəsi 1M ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.
Keçirilən imtahanda ümumilikdə 58 nəfər iştirak edib. İmtahan müddətində xidmət üzrə keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanın keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyenik qaydalara riayət olunub.
Növbəti SAT imtahanının dekabrın 5-də keçirilməsi nəzərdə tutulur. SAT imtahanına qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı DİM-in rəsmi internet saytından əldə etmək olar: http://dim.gov.az/activities/exams/sat/