Dərsliklərin yayımı, onlayn tədris vasitələri və testlərin tədarükçüsü olan – Pearson şirkəti, 2020-ci ildən başlayaraq ən az üç il ərzində ingilis dilində rəqəmsal testlər aparmaq üçün Böyük Britaniya hökumətinin İmmiqrasiya və Təhlükəsizlik İdarəsi ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən, Birləşmiş Krallıq, Avstraliya ilə yanaşı, Böyük Britaniyada yaşamaq, təhsil almaq və ya işləmək məqsədilə vizaya müraciət prosesində dil səviyyəsini sübut etmək üçün Pearson şirkətinin ingilis dili üzrə imtahanının sertifikatını rəsmi sənəd kimi qəbul edəcəkdir.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi “Pearson Vue” şirkəti tərəfindən təqdim edilən akademik ingilis dili (PTE Academic) və müxtəlif sahələrə aid 100-ə yaxın professional imtahanlarının rəsmi test mərkəzidir. “Pearson VUE”nun test mərkəzlərində Microsoft, CFA, CİMA, HP, Cisco və digər sahələr üzrə hər il 14 milyondan çox insan imtahan verir.
Dövlət İmtahan Mərkəzində verə biləcəyiniz imtahanların siyahısı ilə buradan tanış ola bilərsiniz.
İmtahanlarda iştirak etmək üçün pearsonvue.com saytında hesab açmaq lazımdır. Daha sonra imtahan verəcəyiniz proqramı seçib şəxsi hesabınıza daxil olursunuz və qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan keçərkən imtahan verəcəyiniz test mərkəzi kimi “Azerbaijan Republic State Examination Center” seçilməlidir. Test mərkəzini seçdikdən sonra DİM-də mümkün olan imtahan günləri və s. məlumatları əldə edə bilərsiniz.
Pearson VUE imtahanları və qeydiyyatdan keçmək haqqında daha ətraflı məlumatı keçiddən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/pearson-vue/