Dövlət İmtahan Mərkəzi tərəfindən 17 may 2026-cı il tarixində peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrә) keçirilib.
İmtahan elektron formada Bakı və Naxçıvan şəhərlərində təşkil olunub. İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 8 imtahan rəhbəri, 50 nəzarətçi, 8 buraxılışı rejimi əməkdaşı (mühafizə) cəlb olunub.
Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS imtahanı saat 10:00-da, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS imtahanı isə saat 16:00-da başlanıb və 3 saat davam edib.
773 nəfər qeydiyyatdan keçib. İmtahanda 665 nəfər iştirak edib.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda qapalı tipli tapşırıqların nəticələri ilə tanış olmaq imkanına malik olurlar.
Yekun imtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar 6 həftədən sonra elan olunacaq.