Dövlət İmtahan Mərkəzi tərəfindən 21 dekabr 2024-cü il tarixində peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi (qanunvericilik üzrә) keçirilib.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvanda 9 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 9 ümumi imtahan rəhbəri, 25 imtahan rəhbəri, 195 nəzarətçi, 31 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.
İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün yaxın 6 həftə ərzində elan olunacaq.