24 avqust 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Yoxlama-ölçmə materiallarının hazırlanması departamentinin müdiri Natiq Əliyev və departamentin əməkdaşı Faiq Abdullayev tərəfindən peşəkar mühasib sertifikatı imtahanına aid materialların hazırlanması üzrə ekspertlərə təlim keçirilib.
Təlimdə test tapşırıqlarının hazırlanması, ekspertizası və imtahan iştirakçılarının cavab vərəqələrinin yoxlanılması zamanı ekspertlərin diqqət etməli olduğu məqamlar izah olunub. İştirakçılarla test tapşırıqlarının strukturunun daha da təkmilləşdirilməsi məsələsi müzakirə olunub, həmçinin sualların tərkibində təcrübədə daha çox istifadə olunan məzmuna yer verilməsi bir daha diqqətə çatdırılıb.
Daha sonra 14 iyul 2024-cü il tarixində keçirilən peşəkar mühasib sertifikatı imtahanının birinci mərhələsi imtahanın statistik göstəriciləri nümayiş etdirilib.
Təlimin sonunda ekspertlərin təklifləri dinlənilib və onların sualları cavablandırılıb.