Canlı yayım 30 oktyabr 2024-cü il tarixində saat 15:00-da DİM-in “Youtube” kanalında təşkil olunacaq.
Canlı yayımda Dövlət İmtahan Mərkəzinin aparıcı məsləhətçisi Faiq Abdullayev, iqtisadçı ekspert Abdulkərim Sadiqov, iqtisadçı ekspert Rəşad Əhmədov və iqtisadçı ekspert Məhəmməd Knyazov iştirak edəcəklər.
Canlı yayım zamanı PMS haqqında qısa məlumat veriləcək, statistik məlumatlar təqdim olunacaq, ən çox verilən suallara aydınlıq gətiriləcək. Bundan əlavə, ekspertlər tərəfindən imtahanların 1-ci mərhələsi üçün istifadə olunan "Maliyyə alətləri” və vergi qanunvericiliyi fənnindən “Gəlir vergisi” (sahibkar/qeyri-sahibkar) üzrə açıq tipli tapşırıqlar, hesabat formaları izah olunacaq və imtahan cavablarının necə yoxlanıldığına praktiki şəkildə aydınlıq gətiriləcək.
Sonda izləyicilər tərəfindən daxil olan suallar da cavablandırılacaq. Sizi maraqlandıran sualları DİM-in “Facebook” səhifəsində müvafiq postun şərh bölməsinə yaza bilərsiniz.