IAEA-nın illik konfranslarında dəfələrlə iştirak etmişəm. Bakıda keçirilən “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları” mövzusuna həsr olunan konfrans möhtəşəm təşkilatçılığı ilə seçilir.
Bu fikri IAEA-nın 45-ci illik konfransında sinif qiymətləndirməsi sessiyasının nigeriyalı məruzəçisi Peyşıns Aqommoh deyib. O bildirib ki, konfransda müzakirə olunan mövzular dünya təhsil sistemində aparılan qiymətləndirmələrə töhfə verəcək.
"Beynəlxalq konfranslar adətən əldə olunan nəticələrlə yadda qalır. Açılış mərasimi və bugünkü müzakirələrimiz deməyə əsas verir ki, konfrans uğurlu nəticələri ilə diqqət çəkəcək. Dünyada baş verən proseslər, dinamik inkişaf təhsil sistemində də mütəmadi olaraq yenilik etməyi tələb edir. Bu tələbi ödəmək üçün birlikdə müzakirələr aparmaq, ortaq fikir əldə etmək vacibdir", - deyə Peyşns Aqommoh bildirib.
Xatırladaq ki, IAEA ümumi və ali təhsil müəssisələrində, müxtəlif təşkilatlarda və iş yerlərində təhsilin qiymətləndirilməsində iştirak edən qurumlar üçün yaradılmış qlobal forumdur. IAEA hər il təhsildə qiymətləndirmənin keyfiyyətinin artırılması və bu sahədə ki, biliyin qiymətləndirilməsi sahəsində dövlətlərarası əməkdaşlığın qurulması, bu istiqamətdə təcrübə mübadiləsinin aparılması, yeni qiymətləndirmə metodlarının tətbiqi məqsədilə yaradılmış IAEA ilə sıx əməkdaşlıq edir. 2007-ci ildə IAEA-nın 33-cü illik konfransı DİM-in təşkilatçılığı ilə MDB və Şərqi Avropa dövlətləri arasında ilk dəfə Azərbaycanda keçirilib.
Qeyd: Məlumatın hazırlanmasında konfransın rəsmi media tərəfdaşı AZƏRTAC-ın materiallarından istifadə olunub.