Bu sözləri IAEA-2019 konfransının əsas məruzəçisi, Durham Universitetinin professoru Piter Tims deyib.
“İnanıram ki, tədbir iştirakçıları təhsilin qiymətləndirilməsində yeni ideyalardan bəhrələnəcək, təhsildə qiymətləndirmə sistemində yeni yanaşmalarla tanış olacaq, kompüter texnologiyalarından istifadə edərək qiymətləndirilmənin aparılması prosesi ilə tanış olacaqlar. Bugünkü sessiyanın mövzusu təhsildə qiymətləndirmənin müxtəlif modellərinin tətbiq olunmasına həsr olunmuşdu. Biz adətən yalnız kompüter və kağız üzərində aparılan qiymətləndirmə üsullarından danışırıq. Bununla yanaşı, müəllim və şagirdlərin rəyi də qiymətləndirmədə vacibdir. Ümumiyyətlə, bütün sessiyalarda imtahanların qiymətləndirilməsi prosesinin şəffaf və etibarlı şəkildə keçirilməsi barədə fikir mübadiləsi də nəzərdə tutulur”, - deyə Piter Tims qeyd edib.
Qeyd: Məlumatın hazırlanmasında konfransın rəsmi media tərəfdaşı AZƏRTAC-ın materiallarından istifadə olunub.