10 iyul 2024-cü il tarixində saat 16:00-da DİM-in “Youtube” kanalında “Peşəkar Mühasib Sertifikatı imtahanlarında istifadə olunacaq yeni tapşırıq modelləri, hesabat formaları və açıq tipli test tapşırıqlarının cavablandırılması metodologiyası” mövzusunda canlı yayım təşkil olunacaq.
Canlı yayımda Dövlət İmtahan Mərkəzinin aparıcı məsləhətçisi Faiq Abdullayev, iqtisadiyyat üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Firudin Sultanov, iqtisadiyyat üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Elsevər İbadov, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Vergi qanunvericiliyinin tədrisi şöbəsinin rəisi, iqtisadçı-ekspert Rəşad Əhmədov və iqtisadçı-ekspert Radil Fətullayev iştirak edəcəklər.
Canlı yayım zamanı PMS haqqında qısa məlumat veriləcək, statistik məlumatlar təqdim olunacaq, ən çox verilən suallara aydınlıq gətiriləcək və gələcək təkmilləşdirmə istiqmətləri barədə məlumat veriləcək. Bundan əlavə, ekspertlər tərəfindən imtahanların 1-ci mərhələsi üçün MVHH, MZHH və vergi qanunvericiliyi üzrə ƏDV üzrə açıq tipli tapşırıqları, hesabat formaları izah olunacaq və imtahan cavablarının necə yoxlanıldığına praktiki şəkildə aydınlıq gətiriləcək.
Sonda izləyicilər tərəfindən daxil olan suallar da cavablandırılacaq. Sizi maraqlandıran sualları DİM-in feysbuk səhifəsində müvafiq postun şərh bölməsinə yaza bilərsiniz.