Dövlət İmtahan Mərkəzi tərəfindən 18 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əməkdaşları üçün “Proqramların idarə olunması: Dövlət proqramları” mövzusunda təlim keçirilib.
Təlim zamanı Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin aparıcı məsləhətçisi Zeynal Cabarov tərəfindən iştirakçılara proqramların planlaşdırılması, proqram sturukturunun qurulması, büdcə və maliyyələşdirmə, risk idarəetməsi, icra və koordinasiya, monitorinq sistemi, qiymətləndirmə metodologiyası, uğur faktorları və çətinliklər, dəyişikliklərin idarə olunması və s. məsələlər barədə ətraflı məlumat verilib.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.