Bu gün təsviri sənət istiqaməti üzrə Bakı şəhər 286 nömrəli tam orta məktəbdə 15-ci (dekorativ tətbiqi sənət) komissiya, idman istiqaməti üzrə Tofiq Bəhramov adına Respublika Stadionunda 62-ci (ümumi fiziki hazırlıq ,adabtiv bədən tərbiyəsi, kütləvi sağlamlaşdırıcı idman), Bakı şəhər 189-190 nömrəli tam orta məktəbdə isə Xoreoqrafiya sənəti üzrə 53-cü (rəqs müəllimliyi) komissiya üzrə qabiliyyət imtahanları keçirilir.
Abituriyentlər (subbakalavrlar) imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və "Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. İdman istiqaməti üzrə imtahana gələrkən abituriyentlər (subbakalavrlar) idman paltarı və sağlamlıq haqqında tibbi arayış (U086 - peşəyə yararlığı haqqında həkim rəyi hissəsində “yararlıdır” və ya “sağlamdır” qeydi olmalıdır) gətirməlidirlər.
Xoreoqrafiya sənəti ixtisası üzrə imtahana gələrkən abituriyentlər (subbakalavrlar) rəqs paltarı və sağlamlıq haqqında tibbi arayış gətirməlidirlər. Musiqi faylını mobil telefona yazıb gətirən abituriyentlərin telefonları imtahan binasına buraxılmır. Abituriyentlər musiqi faylını fləşkart və ya diskə yazaraq imtahan binasına gətirməlidirlər. Yaddaş qurğusuna yazılmış faylın texniki vəziyyətinə və yararlı olmasına görə abituriyent özü məsuliyyət daşıyır.
Musiqi sənəıti istiqaməti üzrə qabiliyyət imtahanları 1 iyuldan keçirilməyə başlanılacaq.
Abituriyentlər (subbakalavrlar) istiqamətlər üzrə imtahanlara hazırlaşmaq üçün qəbul olmaq istədiyi ixtisasa uyğun proqramla tanış olmalıdırlar. Qəbul proqramları 2026-cı ildə istiqamətlər üzrə çap olunan “Abituriyent” jurnalının xüsusi buraxılışlarında verilib.
Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz.
Qeyd: Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə ediləcək.