2021/2022-ci tədris ili üçün musiqi sənəti istiqaməti üzrə keçiriləcək xüsusi qabiliyyət imtahanlarında konsertmeysterlərin iştirakının imtahan qaydalarına uyğun şəkildə təşkil edilməsi məqsədilə xüsusi proqram təminatı işlənib hazırlanmışdır.
Musiqi sənəti üzrə xüsusi qabiliyyət imtahanlarında fərdi konsertmeyster kimi iştirak edən musiqiçilər 23 iyun tarixindən etibarən https://eservices.dim.gov.az/wpfqab/ linki vasitəsilə qeydiyyatdan keçib, konsertmeysterin buraxılış vərəqəsini çap edib imtahan binasına gəlməlidirlər. Bir konsertmeyster bir gün ərzində maksimum altı abituriyenti müşayiət edə bilər. Konsertmeysterlər ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən aşağıdakı ixtisasları üzrə keçirilən imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.
İxtisaslar |
Komissiya kodu |
İnstrumental ifaçılıq (alətlər üzrə) |
20,21,22,23,31 |
Vokal sənəti (akademik vokal) |
24 |
Populyar musiqi və caz ifaçılığı (vokal) |
26 |
Populyar musiqi və caz ifaçılığı (alətlər üzrə) |
36 |
Dirijorluq (sahələr üzrə) |
27 |
Vokal sənəti (milli vokal) |
28 |
Bəstəkarlıq |
29 |
Musiqi müəllimliyi |
32 |
İnstrumental ifaçılıq (alətlər üzrə) |
33,34 |
Vokal sənəti (klassik vokal) |
37 |
Konsertmeysterlər əvvəlcə https://ekabinet.dim.gov.az// bu linkə daxil olub şəxsi kabinet açmalıdırlar. Şəxsi kabinet açdıqdan sonra https://eservices.dim.gov.az/wpfqab/ daxil olub şəxsi kabinetin istifadəçi adı və parolu daxil etməklə konsertmeysterlərin qeydiyyat sisteminə daxil olmalıdırlar. Sistemə daxil olduqdan sonra ``əlavə et`` düyməsinə basmaqla açılan pəncərədə konsertmeysteri olduğu abituriyentin iş nömrəsini daxil edib ``Axtar`` düyməsini basmaq lazımdır. Abituriyentin məlumatları yükləndikdən sonra ``Yadda saxla`` düyməsini basıb məlumatları yadda saxlamaq lazımdır.