Qabiliyyət imtahanlarında zal nəzarətçisi olmaq üçün Dövlət İmtahan Mərkəzinə müraciət etmiş şəxslər DİM-in elektron poçt ünvanına göndərdiyi anket məlumatları yoxlanıldıqdan sonra tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunub. Müsahibə mərhələsi DİM-in inzibati binasında (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) Xüsusi növ imtahanların təşkili və idarəedilməsi sektorunun əməkdaşları tərəfindən keçirilib. Müsahibə mərhələsindən uğurla keçən namizədlər xüsusi qabiliyyət imtahanlarına cəlb edilmək üçün zal nəzarətçiləri bazasına əlavə ediləcəklər.
Müsahibə mərhələsindən keçən namizədlərə qabiliyyət imtahanları haqqında ümumi məlumat və görəcəkləri işlər barəsində ətraflı izahat verilib.
Qeyd edək ki, müsahibələrin mərhələli şəkildə keçirilməsi davam etdirilir. Müraciət etmək istəyənlər verilmiş anket formasını dolduraraq g.qulamova@dim.gov.az elektron poçt ünvanına göndərə və ya ətraflı məlumat əldə etmək üçün (012) 310 53 16 (daxili 1339) nömrəsi ilə əlaqə saxlaya bilərlər.