Seminarda Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec, Azərbaycan Milli Konservatoriyası nəzdində Sumqayıt Musiqi Kollecinin rəhbər şəxsləri və müəllim heyəti, həmçinin Dövlət İmtahan Mərkəzinin müvafiq struktur bölmələrinin əməkdaşları iştirak ediblər.
İclasda növbəti il üçün keçiriləcək qabiliyyət imtahanlarının qəbul şərtləri və qaydaları, eləcə də qiymətləndirmə meyarları və forması ilə bağlı təkliflər müzakirə olunub.
2024/2025-ci tədris ili üçün keçiriləcək qabiliyyət imtahanlarının qəbul şərtləri, ixtisaslar üzrə proqramlar, qiymətləndirmə meyarları və metodiki tövsiyələrlə “Abituriyent” jurnalının xüsusi buraxılışında tanış ola biləcəksiniz.