18 aprel 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin böyük məsləhətçisi Miranə Rüstəmli tərəfindən “Qurumda təlim ehtiyaclarının müəyyən edilməsi və zəruri təlimlərin təşkili” mövzusunda təqdimat edilib.
Təlimdə iştirakçılara təlim ehtiyaclarının müəyyən edilməsinin əhəmiyyəti, kadr potensialının öyrənilməsi üsulları, təlim strategiyasının formalaşdırılması, təlim iştirakçılarının müvafiq təlimlərə mövcud ehtiyaclar istiqamətində düzgün yönləndirilmənin səmərəliliyə təsiri, təlim işinin təşkili və təlimlərin səmərəliliyinin ölçülməsi metodları barədə məlumat verilib. Bununla yanaşı, təlimdə iştirakçılarla səmərəliliyinin artırılması üçün nələr edilməli olduğu mövzusunda müzakirələr olunub.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.