• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      Regionlarda xarici dil müəllimləri ilə yeni imtahan modeli üzrə görüşlər keçirilib

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti
      22.05.2026 15:43

      19-21 may 2026-cı il tarixlərində Dövlət İmtahan Mərkəzinin təşəbbüsü ilə, Elm və Təhsil Nazirliyi, Şirvan-Salyan, Mil-Muğan, Qarabağ, Şərqi Zəngəzur və Şəki-Zaqatala regional təhsil idarələrinin dəstəyi əsasında müvafiq olaraq Şirvan, Bərdə və Şəki şəhərlərində regionlarda müvafiq olaraq 270, 232 və 250 xarici dil müəlliminin iştirakı ilə görüşlər təşkil olunub.

      Tədbirlərdə Dövlət İmtahan Mərkəzinin Şirvan regional bölməsinin müdiri Hafis Bağırov, Bərdə regional bölməsinin müdiri Vüsal Cəfərov və Şəki regional bölməsinin müdiri Səbuhi Hüseynov çıxış edərək belə görüşlərin regionlarda keçirilməsinin əhəmiyyətini qeyd edərək  onların maarifləndirici rolundan bəhs ediblər.

      DİM-in Dövlət dili və xarici dillər şöbəsinin müdiri Könül Hacıyeva xarici dil fənləri üzrə qiymətləndirmə sistemində edilən yeniliklər, tətbiq olunan yanaşmalar və ölçmə meyarları barədə geniş məlumat verib. O həmçinin yeni imtahan modelində nəzərdə tutulan yazı tapşırığı haqqında danışaraq metodiki tövsiyələrini iştirakçılarla bölüşüb. Bildirilib ki, yenilənmiş modelin əsas məqsədi şagirdlərin dil bacarıqlarını daha real və kommunikativ mühitdə qiymətləndirməkdir.

      Qeyd olunub ki, yeni modelə əsasən 2027-ci ildən etibarən şagirdlərdən minimum 100 sözdən ibarət qısa mətn yazmaları tələb olunacaq. Bu yanaşma onların yazı bacarıqlarının, fikri ardıcıl ifadə etmə qabiliyyətinin və dil vasitələrindən istifadə səviyyəsinin daha obyektiv qiymətləndirilməsinə şərait yaradacaq. Bununla yanaşı vurğulanıb ki, bu dəyişiklik tədris prosesində yazı bacarıqlarının inkişafına daha çox diqqət yetirilməsini zəruri edir.

      Görüşlər zamanı Şirvan-Salyan, Mil-Muğan, Qarabağ, Şərqi Zəngəzur və Şəki-Zaqatala iqtisadi rayonları üzrə xarici dil nəticələrində müəyyən irəliləyişin müşahidə olunduğu da qeyd edilib. Belə ki, qeyd olunan iqtisadi rayonların 9-cu sinif şagirdlərinin buraxılış imtahanında xarici dil fənni üzrə orta statistik göstəriciləri 2024/2025 və 2025/2026-cı tədris illəri üzrə müvafiq olaraq 26.57–30.76, 23.99–26.57, 28.97–31.03, 33.61–38.30 və 31.44–37.74 faiz təşkil edib. Həmin iqtisadi rayonların 11-ci sinif şagirdlərinin buraxılış imtahanında xarici dil fənni üzrə orta statistik göstəriciləri isə müvafiq olaraq 32.95–33.35, 30.05–31.70, 38.11–36.19, 44.99–45.90 və 39.42–41.56 faiz olub. Statistik nəticələrə daha geniş nəzər saldıqda region daxilində ayrı-ayrı rayonlar üzrə nəticələr arasında fərqlər qalmaqdadır ki, bu da bəzi istiqamətlərdə metodik dəstəyin daha da gücləndirilməsinə ehtiyac olduğunu göstərir.

      Plenar hissələrdən sonra tədbir ingilis, rus, alman və fransız dilləri üzrə seminarlarla davam etdirilib. DİM-in fənn üzrə kuratorları – Murad Muradov (alman dili), Fatma Ağayeva (fransız dili), Gülayə Cavadova (ingilis dili) və Xalidə Babaşova (rus dili) yeni imtahan modelindəki dəyişiklikləri ətraflı şəkildə izah ediblər.

      Seminarlar zamanı iştirakçılara 100 sözdən ibarət yazılı tapşırığın mahiyyəti, qiymətləndirmə meyarları və nümunə cavablar təqdim olunaraq müzakirə edilib. Tədbirin sonunda müəllimləri maraqlandıran suallar cavablandırılıb, sorğu aparılıb və yeniliklərlə bağlı geniş fikir mübadiləsi həyata keçirilib.


      Foto
      • 1
      • 2
      • 3
      • 4
      • 5
      • 6
      • 7
      • 8
      • 9
      • 10
      • 11
      • 12
      • 13
      • 14
      • 15
      • 16
      • 17
      • 18
      • 19
      • 20
      • 21
      • 22
      • 23
      • 24
      • 25
      • 1
      • 2
      • 3
      • 4
      • 5
      • 6
      • 7
      • 8
      • 9
      • 10
      • 11
      • 12
      • 13
      • 14
      • 15
      • 16
      • 17
      • 18
      • 19
      • 20
      • 21
      • 22
      • 23
      • 24
      • 25

      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 2, 33
      © 2026 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram