Bunu IAEA-nın prezidenti Rendi Bennet jurnalistlərə müsahibəsində deyib.
“Tədbir xarici və yerli ekspertlər arasında təhsilin qiymətləndirilməsi sahəsində geniş təcrübə və məlumat mübadiləsi baxımından əhəmiyyətlidir.
Konfransdan əsas gözləntilərimizlə bağlı qeyd edim ki, burada Asiya, Afrika və digər ölkələrdən mütəxəssislər, tədqiqatçılar iştirak edir. Ümid edirəm ki, həmin tədqiqatçıların öz araşdırmalarını konfrans iştirakçıları ilə bölüşməsi həm öz ölkələrində, həm də Azərbaycanda təhsilin və təhsildə qiymətləndirilmənin inkişafına bilavasitə kömək edəcək.
Dövlət İmtahan Mərkəzi təhsildə qiymətləndirmə üzrə kifayət qədər ixtisaslaşmış və təcrübəyə malik qurumdur. Bu konfrans zamanı təkcə bir-birimizdən deyil, həm də bu qurumun təcrübəsindən faydalanmalıyıq", - deyə Rendi Bennet əlavə edib.
Qeyd: Məlumatın hazırlanmasında konfransın rəsmi media tərəfdaşı AZƏRTAC-ın materiallarından istifadə olunub.