17 iyul 2026-cı il tarixində keçiriləcək rezidenturaya qəbul imtahanının ikinci mərhələsi (ixtisas fənləri) üzrə sınaq imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Qeyd edək ki, imtahan elektron formada keçiriləcək..
Buraxılış vərəqəsini çap etmək üçün bu linkə daxil olmaq lazımdır.
Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.