Məlum olduğu kimi, rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) 2-ci cəhdində iştirak etmək üçün namizədlərin qeydiyyatı davam edir.
Xarici ölkələrdə ali təhsil almış və Elm və Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri əldə etmiş və müvafiq məlumatları Elm və Təhsil Nazirliyinin məlumat bazasında olan namizədlər qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu müddətində Mərkəzin rəsmi internet saytında “Namizədin elektron ərizəsi”ni doldurmalı və özləri təsdiq etməlidirlər.
Hazırda xarici ölkәlәrdә ali tәhsil alan vә әsas (baza ali) tibb tәhsilinin III kursunu tam bitirmiş tәlәbәlәrә dә baza fәnlәri üzrә biliklәrin qiymәtlәndirilmәsi imtahanında iştirak etmәk hüququ verilir. Bu kateqoriyaya aid olan şәxslәr müәyyәn edilmiş müddәtdә Mәrkәzin rәsmi internet saytında “Namizәdin elektron әrizәsi”ni doldurmalı vә әsas (baza ali) tibb tәhsilinin III kursunu tam bitirmәlәri haqqında ali tәhsil müәssisәsi tәrәfindәn verilmiş rәsmi arayışın notarial qaydada tәsdiq edilmiş Azәrbaycan dilinә tәrcümәsini Sәnәd Qәbulu Komissiyasına şәxsәn tәqdim etmәklә әrizәlәrini tәsdiq etdirmәlidirlәr (Ünvan: Bakı şәhәri, Hәsәn Әliyev küçәsi, 299). SQK hәr gün (şәnbә, bazar vә bayram günlәri istisna olmaqla) saat 10:00-dan 17:00-dәk fәaliyyәt göstәrir.
Qeyd edək ki, rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) 2-ci cəhdində iştirak etmək üçün namizədlərin qeydiyyatı 19 may saat 23:59-dək internet vasitəsilə aparılır.