Namizədlər müsabiqədə iştirak etmək üçün avqustun 8-dən 13-dək https://www.e-gov.az/az/services/read/3149/2?tqdk_xdm=28 internet səhifəsinə daxil olaraq ixtisas seçimi edirlər.
İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılırlar.
Müsabiqəyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun ixtisasları seçir, sonra onların kodlarını öz elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi götürülür və namizəd qəbul imtahanında topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
Nəzərinizə çatdırırıq ki, “Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.
Rezidenturaya qəbul imtahanının II mərhələsinin (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) nəticələri haqqında bəzi statistik məlumatları təqdim edirik.
Avqustun 4-də keçirilən imtahanda iştirak edən 889 namizəddən 666 nəfəri müsabiqə şərtini ödəyərək (50 və daha çox bal toplayaraq) ixtisas seçiminə buraxılıb. Bu məqamda öz istəyi ilə yanaşı mövcud müsabiqə vəziyyətinin reallığını – ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən namizədlərin topladıqları balların paylanmasını diqqətlə araşdırmaq, eləcə də öz fərdi imtahan nəticəsinin bu sıralamadakı yerini düzgün müəyyən etmək seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər.
Aşağıdakı cədvəllərdə istiqamətlər və ballar üzrə histoqramlarla tanış ola bilərsiniz:
Müalicə işi, pediatriya istiqaməti (Hərbi tibb fakültəsinin məzunları nəzərə alınmamışdır)
Minimal bal : 50.000
Maksimal bal : 90.000
Namizədlərin sayı : 496
Ballar üzrə histoqram
Bal intervalları |
Namizədlərin sayı |
Cəmi |
96 – 100 |
0 |
0 |
91 – 95 |
0 |
0 |
86 – 90 |
9 |
9 |
81 – 85 |
16 |
25 |
76 – 80 |
47 |
72 |
71 – 75 |
70 |
142 |
66 – 70 |
74 |
216 |
61 – 65 |
78 |
294 |
56 – 60 |
95 |
389 |
51 – 55 |
92 |
481 |
50 |
15 |
496 |
Stomatologiya istiqaməti
Minimal bal : 50.000
Maksimal bal : 84.000
Namizədlərin sayı : 46
Ballar üzrə histoqram
Bal intervalları |
Namizədlərin sayı |
Cəmi |
96 – 100 |
0 |
0 |
91 – 95 |
0 |
0 |
86 – 90 |
0 |
0 |
81 – 85 |
3 |
3 |
76 – 80 |
3 |
6 |
71 – 75 |
6 |
12 |
66 – 70 |
5 |
17 |
61 – 65 |
11 |
28 |
56 – 60 |
9 |
37 |
51 – 55 |
8 |
45 |
50 |
1 |
46 |
Tibbi profilaktika istiqaməti
Minimal bal : 50.000
Maksimal bal : 87.000
Namizədlərin sayı : 62
Ballar üzrə histoqram
Bal intervalları |
Namizədlərin sayı |
Cəmi |
96 – 100 |
0 |
0 |
91 – 95 |
0 |
0 |
86 – 90 |
1 |
1 |
81 – 85 |
3 |
4 |
76 – 80 |
7 |
11 |
71 – 75 |
7 |
18 |
66 – 70 |
14 |
32 |
61 – 65 |
7 |
39 |
56 – 60 |
11 |
50 |
51 – 55 |
10 |
60 |
50 |
2 |
62 |