Seminarda Bakı şəhərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər iştirak ediblər.
Gündəlik məsələ ümumi (9 illik) və tam orta təhsil (11 illik) səviyyələri üzrə buraxılış imtahanları proqramlarının müzakirəsi və təsdiqi olub.
Öncə proqramların hazırlanması və təkmilləşdirilməsi ilə bağlı yaradılmış işçi qrupu tərəfindən V.Ələkbərova proqramları seminar iştirakçılarının müzakirəsinə təqdim edib. Seminar iştirakçıları gündəlik məsələ barədə çıxış edərək fikir və təkliflərini bildiriblər. Proqramların hər bir bəndi dərsliklər ilə tutuşdurulub.
Müzakirələr nəticəsində ümumi (9 illik) və tam orta təhsil (11 illik) səviyyələri üzrə buraxılış imtahanları proqramları təkliflər nəzərə alınmaqla təsdiq edilib və “Abituriyent” jurnalının xüsusi buraxılışlarında dərc olunacaq.
Növbəti seminarda (23 oktyabr 2019-cu il tarixdə, saat 14:00-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) rus dili və ədəbiyyatı fənlərindən ali təhsil müəssisələrinə qəbul imtahanları proqramlarının müzakirəsi aparılacaq.