Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən 5, 7 və 8 noyabr 2019-cu il tarixlərində müvafiq olaraq Sumqayıt, Abşeron və Bakı şəhərlərində yerləşən ümumtəhsil məktəblərinin "Şagird-məzun" sistemi üzrə əlaqələndiriciləri üçün 2019/2020-ci tədris ilində buraxılış sinfi məzunlarının yekun qiymətləndirilməsi və şagirdlər haqqında məlumatların “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi ilə əlaqədar yerinə yetiriləcək işlərlə bağlı seminarlar keçirilib.
Seminarlarda Mərkəzin əməkdaşları “Şagird-məzun” sistemindəki yeni əlavə və dəyişiklikləri, həmçinin onlardan istifadə qaydalarını təqdim ediblər. Həmçinin, təqvim planına uyğun olaraq görüləcək işlər müzakirə edilib və iştirakçıların sualları cavablandırılıb.