Hazırlıq kurslarında elektron qeydiyyatdan keçmiş, yeni proqramla (kurikulum) tanış olan, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər iştirak ediblər. İştirakçılara fənn kurikulumu, imtahanda yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar haqqında məlumat verilib, yeni tipli tapşırıqların formaları, məzmunu, mətn seçimi və qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı mühazirələr təqdim edilib. Onlar kalibrləmə prosesində iştirak ediblər.
Şəki şəhərində yeni təhsil proqramı üzrə hazırlıq kursu təşkil edilib
Dövlət İmtahan Mərkəzi 2018-ci il 7-8 aprel tarixlərində Şəki şəhərində DİM-in Şəki Regional Bölməsində Azərbaycan dili və riyaziyyat fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları təşkil edib
09.04.2018 23:53