12 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları üçün Dövlət İmtahan Mərkəzinin Ümumi səriştələrin qiymətləndirilməsi sektorunun böyük məsləhətçisi Xavər Dadaşova və həmin sektorun məsləhətçisi Aynurə Abdalova tərəfindən “Səriştə əsaslı uğurlu liderlik” mövzusunda təlim keçirilib.
Təlim zamanı iştirakçılara liderliyin növləri, liderlik üslubları, liderlik səriştələri, diferensial liderlik, transaksional liderlik və s. barədə geniş məlumat təqdim edilib.
Sonda isə iştirakçıları maraqlandıran suallar kazuslar əsasında ətraflı müzakirə olunub.