10 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Energetika Nazirliyinin əməkdaşları üçün Dövlət İmtahan Mərkəzinin Ümumi səriştələrin qiymətləndirilməsi sektorunun məsləhətçiləri Aynurə Abdalova və Pərvin Balabəyova tərəfindən “Səriştə əsaslı uğurlu liderlik: idarəetmə, düşünmə və inkişaf ” mövzusunda təlim keçirilib.
Təlim zamanı iştirakçılara dövlət qulluğunda tətbiqi nəzərdə tutulan ümumi səriştə modeli çərçivəsində uğurlu və effektiv liderlik meyarları ilə tanışlıq, iştirakçılarda situasiyadan və komanda ehtiyaclarından asılı olaraq idarəetmə üslubunu düzgün seçmək bacarığının formalaşdırılması və s. barədə geniş məlumat təqdim edilib. Təlimdə iştirakçılar səriştə əsaslı yanaşmanın mahiyyəti ilə tanış olmuş, situativ liderlik modelini öyrənmiş və rəhbərlik üslublarının konkret vəziyyətlərə uyğun tətbiqi üzrə qrup tapşırıqları yerinə yetirmişlər. Təlim iştirakçılara əməkdaşların inkişafına dəstək olmaq, komanda daxilində məsuliyyəti bölüşmək və nəticəyönümlü idarəetmə vərdişlərini gücləndirmək imkanı yaratmışdır.
Sonda isə iştirakçıları maraqlandıran suallar kazuslar əsasında ətraflı müzakirə olunub.