21 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları üçün Dövlət İmtahan Mərkəzinin Ümumi səriştələrin qiymətləndirilməsi sektorunun məsləhətçisi Cavid Əliyev tərəfindən “Səriştə əsaslı uğurlu liderlik: idarəetmə, düşünmə və inkişaf” mövzusunda onlayn formada təlim keçirilib.
Təlim zamanı iştirakçılara dövlət qulluğunda tətbiqi nəzərdə tutulan ümumi səriştə modeli çərçivəsində uğurlu və effektiv liderlik meyarları ilə tanışlıq, iştirakçılarda situasiyadan və komanda ehtiyaclarından asılı olaraq idarəetmə üslubunu düzgün seçmək bacarığının formalaşdırılması və s. barədə geniş məlumat təqdim edilib. Təlimdə iştirakçılar səriştə əsaslı yanaşmanın mahiyyəti ilə tanış olub, situativ liderlik modelini öyrənib və rəhbərlik üslublarının konkret vəziyyətlərə uyğun tətbiqi üzrə qrup tapşırıqları yerinə yetiriblər. Təlim iştirakçılara əməkdaşların inkişafına dəstək olmaq, komanda daxilində məsuliyyəti bölüşmək və nəticəyönümlü idarəetmə vərdişlərini gücləndirmək imkanı yaradıb.
Sonda isə iştirakçıları maraqlandıran suallar kazuslar əsasında ətraflı müzakirə olunub.