27-28 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin əməkdaşları üçün Dövlət İmtahan Mərkəzinin Ümumi səriştələrin qiymətləndirilməsi sektorunun aparıcı məsləhətçisi Nazlı Abduləlimova və həmin sektorun məsləhətçisi Pərvin Balabəyova tərəfindən “Səriştə modelinin dövlət qulluğunda tətbiqi” mövzusunda təlim keçirilib.
Təlim zamanı iştirakçılar dövlət qulluğunun ümumi səriştə modeli, səviyyələr və davranış indikatorlarının düzgün müəyyənləşdirilməsi, həmçinin səriştəyə əsaslanan qiymətləndirmə və müsahibə proseslərinin aparılması ilə bağlı praktiki bilik və bacarıqlar əldə ediblər. Həmçinin təlimdə real iş situasiyalarının müzakirəsi, komanda tapşırıqları və simulyasiya məşqləri keçirilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.