24-27 noyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları üçün Dövlət İmtahan Mərkəzinin Ümumi səriştələrin qiymətləndirilməsi sektorunun aparıcı məsləhətçisi Cavid Əliyev və həmin sektorun məsləhətçisi Pərvin Balabəyova tərəfindən “Səriştə modelinin dövlət qulluğunda tətbiqi və qiymətləndirmə alətləri" mövzusunda distant formada təlim keçirilib.
Təlim zamanı iştirakçılar dövlət qulluğunun ümumi səriştə modeli, səviyyələr və davranış indikatorlarının düzgün müəyyənləşdirilməsi, həmçinin səriştəyə əsaslanan qiymətləndirmə və müsahibə proseslərinin aparılması ilə bağlı bilik və bacarıqlar əldə ediblər. Həmçinin təlim zamanı real iş situasiyaları əsasında müzakirələr aparılıb, praktiki nümunələr təqdim olunub və iştirakçıların mövzu üzrə biliklərinin möhkəmləndirilməsinə yönəlmiş interaktiv tapşırıqlar həyata keçirilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.