27 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün Dövlət İmtahan Mərkəzinin Ümumi səriştələrin qiymətləndirilməsi sektorunun aparıcı məsləhətçisi Nazlı Abduləlimova və həmin sektorun məsləhətçisi Cavid Əliyev tərəfindən “Səriştəyönümlü təşkilati mədəniyyətin formalaşması”mövzusunda təlim keçirilib.
Təlim zamanı iştirakçılara təşkilati mədəniyyət, səriştə modeli və onun üstünlükləri, səriştəyönümlü təşkilati mədəniyyətə keçid etmək üçün qurum tərəfindən görülməli olan işlər və s. barədə geniş məlumat təqdim edilib.
Sonda isə iştirakçıları maraqlandıran səriştə modelinə keçiddə yarana bilən çətinliklər, yeni qiymətləndirmə metodlarının tətbiqi və bir sıra fərqli məzmunlu suallar kazuslar əsasında ətraflı müzakirə olunub.