Treninqdə Dövlət İmtahan Mərkəzinin Şirvan RB-si üzrə Şirvan, Sabirabad, Neftcala, Saatli, Hacıqabul və İmisli rayonlarının təhsil şöbələrinin məsul şəxsləri, həmçinin, həmin rayonların ümumtəhsil müəssisələrinin əlaqələndiriciləri iştirak etmişlər. Keçirilmiş tədbirdə “Şagird-məzun” dğvlət elektron məlumat sistemindən istifadə qaydaları, DİM-in ümumtəhsil müəssisələri üzrə təqvim planına uyğun olaraq görüləcək işlər müzakirə edilmiş və iştirakçıların suallarına ətraflı cavab verilib.
Şirvan şəhərində Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən “Şagird-məzun” dövlət elektron məlumat sistemi üzrə təlimatla bağlı seminar-treninqlər keçirilib
24 oktyabr 2019-cu il tarixində Şirvan şəhərində Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən “Şagird-məzun” dövlət elektron məlumat sistemi üzrə təlimatla bağlı seminar-treninqlər keçirilib
26.10.2019 02:53