23 dekabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin aparıcı məsləhətçisi Gündüz Əhmədli tərəfindən “Sosial zəka” mövzusunda Audiovizual Şuranın əməkdaşları üçün təlim keçirilib.
Təlim zamanı iştirakçılara sosial zəka anlayışı, zəkanın müxtəlif növləri, emosiya iqtisadiyyatı, stres-performans qrafiki, eləcə də emosional mimikalar ətraflı şəkildə izah edilib. Eyni zamanda təlimin mövzusu ilə əlaqədar konkret situasiyalar və eksperimentlər barədə qarşılıqlı müzakirə aparılıb.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.