Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyasının (IAEA) Tailand Krallığında yerli tərəfdaşı olan və Tailand Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Elm və Texnologiyanın Təbliği İnstitutunun (IPST) STEM (texniki) fənlərinin təhlili və standartlarının qiymətləndirilməsi şöbəsinin əməkdaşları üçün təşkil olunmuş görüşdə DİM-in əməkdaşı Vəli Hüseyn tərəfindən Azərbaycan Respublikasında ölçmə-qiymətləndirmə sahəsində aparılmış uğurlu layihələrin təqdimatı keçirilmişdir.
Təqdimatın əsas hissəsi ölçmə-qiymətləndirmə alətlərinin hazırlanması, imtahanların təhlükəsizliyi və təşkil olunması, həmçinin çap texnologiyasının effektivliyi üzrə müzakirələrdən ibarət olmuşdur.
Təqdimatda, həmçinin 2019-cu ildə IAEA-nın Bakıda keçiriləcək illik konfransının hazırlıq işləri haqqında məlumat verilmiş və təcrübə mübadiləsinin aparılması üçün ekspertlər konfransa dəvət olunmuşdur.