Teatr, kino və xoreoqrafiya sənəti istiqamətinin 53-cü komissiyası üzrə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
Abituriyentlər (subbakalavrlar) aşağıdakı cədvəldə verilmiş qrafikə müvafiq olaraq hər imtahandan 5 gün öncə qeydiyyatdan keçdikləri səhifədə “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.
Qrafiklə buradan tanış ola bilərsiniz.
Abituriyentlər (subbakalavrlar) imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əsli və “İmtahana buraxılış vərəqəsi”ni, “Proqram formasını” mütləq gətirməlidirlər.
“Xoreoqrafiya sənəti” ixtisası üzrə imtahana gələrkən abituriyentlər rəqs paltarı və çəkisi, boyu, onurğa sütunu, ürək fəaliyyəti, görmə qabiliyyəti haqqında tibbi arayış gətirməlidirlər.
Qeyd: İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, mobil telefonla imtahan binasına daxil olmaq qadağandır. Ona görə də abituriyentlər musiqi faylını fləşkart və ya diskə yazaraq imtahan binasına gətirməlidirlər. Yaddaş qurğusuna yazılmış faylın texniki vəziyyətinə və yararlı olmasına görə abituriyent məsuliyyət daşıyır.
Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə edilir. Abituriyentlərə (subbakalavrlara) mütəmadi DİM-in saytını izləməyi tövsiyə edirik.