23 iyun tarixindən 189-190 nömrəli tam orta məktəbdə Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarının keçirilməsinə başlanılıb. İmtahanlar 7 iyul tarixinədək davam edəcək.
Qabiliyyət imtahanlarında abituriyentlər seçilmiş musiqi parçasına xoreoqrafik səhnə təqdim edirlər və imtahanın tələblərinə uyğun olaraq verilən nəzəri sualları cavablandırırlar.
Abituriyentlər imtahan gələrkən aşağıdakı sənədləri təqdim edirlər:
- Şəxsiyyəti təsdiq edən sənədin əslini;
- İmtahana Buraxılış vərəqəsini;
- Sağlamlıq haqqında arayış.
Qeyd: Sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olarsa, həmin abituriyentlər imtahan binasına buraxılmırlar.
İmtahana gələrkən abituriyentlər özləri ilə rəqs paltarı (milli paltar istisnadır), rəqs etdikləri əsərin musiqisini (fləş və ya diskdə) gətirməlidirlər. Musiqi faylının texniki göstəricilərinə abituriyent özü məsuliyyət daşıyır.
Abituriyentlər (subbakalavrlar) istiqamətlər üzrə imtahanlara hazırlaşmaq üçün qəbul olmaq istədiyi ixtisasa uyğun proqramla tanış olmalıdırlar. Qəbul proqramları “Abituriyent” jurnalının xüsusi buraxılışlarında verilib.