Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs tərəfindən “Imtahanların keçirilməsinə cəlb edilən şəxslərin və imtahan materiallarının Bakı şəhəri ətrafı və şəhər daxili imtahan binalarına çatdırılması və geri qaytarılması” xidmətlərinin satın alınması ilə əlaqədar bir mənbədən satınalma metodu tətbiq olunmuş, “ENAR TAXİ” MMC (VÖEN: 1503990801) ilə 76 650, 00 manat (yetmiş altı min altı yüz əlli manat) məbləğində müvafiq satınalma müqaviləsi bağlanılmışdır. Müqavilənin icra müddəti 12 aydır.